Bakıda liftdə köməksiz vəziyyətdə qalmış 4 şəxs xilas edilib

Bakıda liftdə köməksiz vəziyyətdə qalmış 4 şəxs xilas edilib
# 11 yanvar 2016 20:33 (UTC +04:00)

Bakı-APA. Bakının Səbail rayonunda 4 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar. Əməliyyat saat 21:42-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR