Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qapanlı kəndində qeydə alınıb. Kənd sakini Mövlan Fərrux oğlu Məmmədov həmkəndlisi 1993-cü il təvəllüdlü Elnur Bəhlul oğlu Xəlilovu bıçaqlayıb. Yaralı dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.