Azərbaycanda işləyən əlillərə ödənilən pensiyalar artırılacaq

Azərbaycanda işləyən əlillərə ödənilən pensiyalar artırılacaq
# 30 sentyabr 2015 07:57 (UTC +04:00)

"APA-Economics"in xəbərinə görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib.

E. Mehdiyevin sözlərinə görə, mövcud qaydalara əsasən, işləyən əlilliyə görə əmək pensiyaçılarına yalnız pensiyanın baza hissəsi ödənilir.

Fond sədri bildirib ki, bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin daha da yaxşılaşdırılması sahəsində davamlı tədbirlərin mühüm komponenti kimi qeyd edilən məhdudiyyətin aradan qaldırılması və həmin şəxslərə pensiyanın tam məbləğdə ödənilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR