Fəzail Ağamalı və Fərəc Quliyev yenidən deputatlığa namizədliklərini irəli sürəcəklər

Fəzail Ağamalı və Fərəc Quliyev yenidən deputatlığa namizədliklərini irəli sürəcəklər
# 21 avqust 2015 12:23 (UTC +04:00)

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı APA-ya açıqlamasında yenə eyni dairədən - Salyan rayonundan namizədliyini irəli sürəcəyini bildirib.

Milli Dirçəliş Partiyasının sədri Fərəc Quliyev isə partiya olaraq seçkidə iştirak etməyə qərar verdiklərini və öz namizədliyini irəli sürəcəyini söyləyib. O, dairələr üzrə namizədlərin müəyyənləşdirilməsi ilə bağlı müzakirə apardıqlarını deyib.

Qeyd edək ki, F. Ağamalı birinci, ikinci, üçüncü və dördüncü çağırış Milli Məclisin üzvü olub. O, hazırda 60 saylı Salyan-Neftçala seçki dairəsini parlamentdə təmsil edir. F. Quliyev isə 2010-cu ildə 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputat seçilib.

Qeyd edək ki, noyabrın 1-də V çağırış Azərbaycan Milli Məclisinə seçkilər keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR