"Aqrarkredit" ilin I yarısını mənfəətlə başa vurub

"Aqrarkredit" ilin I yarısını mənfəətlə başa vurub
# 04 sentyabr 2015 08:35 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının (SKT) aktivlərinin həcmi 2015-ci ilin II rübündə 29,521 mln. manat təşkil edib.

“Aqrarkredit”dən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə SKT-nin kredit portfeli 23 mln. 358,5 min manat olub.

Bu ilin iyul ayının 1-ə kredit təşkilatının məcmu kapitalı 13 mln. 411,9 min manat təşkil edib.

Bu ilin 6 ayında kredit təşkilatının bölüşdürülməmiş xalis mənfəəti 276,7 min manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR