Kəlbəcər rayonunun işğalının 20-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO

Kəlbəcər rayonunun işğalının 20-ci ildönümü ilə bağlı tədbir keçirilib - <span style="color: red;">FOTO
# 02 aprel 2013 13:02 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyində tədbir keçirilib.

APA-nın məlumatına görə, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi, Aşıq Şəmşir Mədəniyyət Ocağının və Parlament Jurnalistləri Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə kəlbəcərlilər və ölkə ictimaiyyətinin nümayəndələri iştirak edib.

Rayonun işğalından bəhs edən videoçarxın nümayişindən sonra “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, rayon ziyalıları Məhəmməd Nərimanoğlu, Həbib Misirov, Adil Cəmil, Vəliyəddin İsmayılov, Elşad Eyvazlı, İlham Məmmədli, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədov və digərləri çıxış edərək, Ermənistanın Azərbaycana yönələn işğalçılıq siyasəti, beynəlxalq təşkilatların fəaliyyətsizliyi, münaqişənin həlli istiqamətində atılan addımlar və ərazilərin işğaldan azad olunması imkanları haqda danışıblar.

Sonda Kəlbəcər Rayon İcra Hakimiyyəti və Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən hazırlanmış filmin diski tədbirdə iştirak edənlərə paylanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR