İran ABŞ-a məxsus pilotsuz təyyarənin görüntülərini yayıb

İran ABŞ-a məxsus pilotsuz təyyarənin görüntülərini yayıb
# 06 fevral 2013 22:51 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran İslam İnqilabı Keşikçilər Korpusu (“Sepah”) 2011-ci il dekabrın 4-də ələ keçirilən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus “RQ-170” tipli pilotsuz casus təyyarəsinin çəkdiyi görüntüləri ilk dəfə yayıb. APA-nın məlumatına görə, pilotsuz təyyarənin çəkdiyi görüntülərin əks olduğu 1 dəqiqə 34 saniyəlik material İranın birinci kanalında nümayiş olunub. SEPAH-dan bildirib ki, “RQ-170” təyyarəsinin şifrələri tamamilə oxunub: “Məlum olub ki, bu təyyarə İran və qonşu ölkələrdə çoxsaylı uçuşlar edib, Əfqanıstanda keçirilən bir çox əməliyyatlara olub. Görüntülərdən aydın olur ki, “RQ-170” uçuşlardan sonra Əfqanıstanın Qəndəhar şəhərində yerləşən bir bazaya enir və oradan yeni uçuşlar edir. Göründüyü kimi həmin yerdə başqa tipli pilotsuz və döyüş təyyarələri də var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR