Ombudsman Aparatı: Cəzaçəkmə müəssisələrində səsvermə normal qaydada davam edir

Ombudsman Aparatı: Cəzaçəkmə müəssisələrində səsvermə normal qaydada davam edir
# 01 noyabr 2015 11:16 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Cəzaçəkmə müəssisələrində keçirilən səsvermədə hər hansı qanun pozuntusu aşkarlanmayıb”. Bunu APA-ya Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) rəhbəri Rəşid Rumzadə deyib.

O bildirib ki, cəzaçəkmə müəssisələrində səsvermə tam normal qaydada davam edir.

MPQ-nun rəhbəri qeyd edib ki, Ombudsman Aparatının əməkdaşları cəzaçəkmə müəssisələrindəki səsvermə ilə bağlı vaxtaşırı məlumat verirlər: “Bütün cəzaçəkmə müəssisələrində məhkumlar tam sərbəst şəkildə müvəqqəti seçki məntəqələrinə yaxınlaşaraq öz səslərini verirlər. Səsvermə prosesi normal şəkildə davam edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR