Qafqaz Universiteti yüksək nəticə əldə edən tələbələrini Londona göndərib

Qafqaz Universiteti yüksək nəticə əldə edən tələbələrini Londona göndərib
# 28 iyul 2016 15:05 (UTC +04:00)

Bakı - APA. Qafqaz Universitetinin gözəl ənənələrindən biri də qəbul imtahanlarında 700 balla toplayan tələbələri 1 aylıq ingilisdilli ölkələrdən birinə yay məktəbinə göndərilməsidir. Bu yay da Qafqaz Universitetinə 700 bal toplayaraq qəbul olan tələbələr - Fatimeyi-Zəhra Nəbizadə, Firuz Abduyev və Əli Allahverdiyev universitet tərəfindən 1 aylıq Londonda yerləşən yay məktəbinə göndərilib.

Universitetdən APA-ya verilən məlumata görə, hazırda tələbələr "Kensigton Academy" məktəbində dil kursunda iştirak edirlər.

Kimya mühəndisliyi 2-ci kurs tələbəsi Fatimeyi-Zəhra Nəbizadə: "Universitet tərəfindən bir aylıq Londonda yerləşən Yay Məktəbinə göndərilmişəm. Bir ay müddətində "Kensigton Academy"də keçdiyimiz dərslərlə yanaşı, Londonu gəzmək, muzeylərlə və qədim mədəniyyətlə tanış olmaq imkanımız olacaq".

Mexanika Mühəndisliyi 1-ci kurs tələbəsi Əli Allahverdiyev: "Qafqaz Universitetinin yaratdığı fürsətdən istifadə edərək həmişə gəzməyi xəyal etdiyim Londona dil kursu üçün gəlmək gözəl fürsət oldu mənim üçün. Burada ingilis dilində danışıq təcrübəmizi artırmaqla yanaşı, həm Londonun gəzməli yerləri ilə, həmdə İngiltərənin mədəniyyəti ilə yaxından tanış oluruq".

Kompüter Mühəndisliyi 1-ci kurs tələbəsi Firuz Abduyev də tələbə yoldaşları kimi, maraqlı yay məktəbi olduğunu və bunun Qafqaz Universiteti rəhbərliyi tərəfindən tələbələrə gözəl bir hədiyyə olduğunu qeyd etdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR