DİN Şəmkirdə baş verən dəhşətli yanğınla bağlı məlumat açıqlayıb

DİN Şəmkirdə baş verən dəhşətli yanğınla bağlı məlumat açıqlayıb
# 31 yanvar 2013 10:10 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi (DİN) Şəmkirdə baş verən dəhşətli yanğınla bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 31-də saat 01.00 radələrində Şəmkir rayonunun Seyfəli kəndi ərazisində su anbarının tikintisi ilə məşğul olan "Çingiz İnşaat" şirkətinə məxsus ümumi sahəsi 300 kv.m olan yataqxanada yanğın baş verib. Nəticədə bütövlükdə yataqxananın yanar konstruksiyaları yanıb, yanğın söndürüldükdən sonra şirkətin 2 işçisinin yanmış meyitləri tapılıb, yanıq xəsarətləri almış 10 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan 3 nəfərinin vəziyyəti orta-ağır, digərlərinin vəziyyətləri isə qənaətbəxşdir.

Faktla əlaqədar cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR