Yarım il ərzində Azərbaycanda 577 nəfər qidadan zəhərlənib

Yarım il ərzində Azərbaycanda 577 nəfər qidadan zəhərlənib
# 15 iyul 2014 10:05 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu ilin ilk altı ayı ərzində Azərbaycanda əhali arasında baş verən qida zəhərlənmələrinin statistikası açıqlanıb.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən APA-ya verilən xəbərə görə, ötən müddət ərzində əhali arasında 521 qida zəhərlənməsi hadisəsi baş verib.

Zəhərlənmə nəticəsində 577 nəfər zərər çəkib. Ötən 6 ay ərzində 13 botulizm hadisəsi qeydə alınıb ki, bunun nəticəsində 19 nəfər zərər çəkib. Bu müddət ərzində qida zəhərlənməsindən ölüm halı yalnız aprel ayında Ağcabədi rayonunda qeydə alınıb.

İyun ayında isə Azərbaycanda əhali arasında 126 qida zəhərlənməsi hadisəsi baş verib. Zəhərlənmə nəticəsində 138 nəfər zərər çəkib. Ötən ay botulizmdən zəhərlənmə qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR