Dow Jones indeksi 0,04%, S&P 500 0,1%, Nasdaq 0,9% enib

Dow Jones indeksi 0,04%, S&P 500 0,1%, Nasdaq 0,9% enib
# 02 aprel 2013 06:35 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 1-də Amerika fond bazarında Dow Jones indeksi 0,04% - 14 573 bəndədək, S&P 500 0,1% - 1 562 bəndədək, Nasdaq 0,9% - 3 239 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına makroiqtisadi göstəricilər təsir edib. Belə ki, sənaye sahəsində işgüzarlıq fəallığı indeksinin mart ayında enməsi bazara endirici, tikinti xərclərinin fevral ayında artması isə yüksəldici təsir edib.

Aprelin 1-də Pasxa Bayramı münasibəti ilə Avropa fond bazarlarında ticarət əməliyyatları aparılmayıb.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% artaraq 1 603,6 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2870 (+0,3%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR