Azərbaycan Ordusunun əsgəri yaralanıb

Azərbaycan Ordusunun əsgəri yaralanıb
# 01 may 2013 09:30 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Tərtərdə yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri, 1994-cü il təvəllüdlü Vüsal Rövşən oğlu Cəbiyev tabeliyində olan silahdan açılan atəş nəticəsində yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.

Hadisənin təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verdiyi bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya faktı təsdiqləyib.

V. Cəbiyev Bakının Nizami rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR