Gəncədə ailəvi istirahət mərkəzində yanğın olub - YENİLƏNİB

Gəncədə ailəvi istirahət mərkəzində yanğın olub - <span style="color: red;">YENİLƏNİB
# 27 aprel 2013 08:10 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncənin Yeni Gəncə qəsəbəsində yerləşən ailəvi istirahət mərkəzi olan çay evi yanıb. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən APA-nən qərb bürosuna verilən məlumata görə, yanğın hadisəsi ötən gün saat 20.57 radələrində baş verib. Sahəsi 800 kvadratmetr olan çay evinin 120 kvadratmetrlik mətbəxində 50 kvadratmetr sahə tamamilə yanaraq yararsız hala düşüb. Tikili yanar materiallardan tikildiyindən yanğının yayılma təhlükəsi yüksək olub və bu məqsədlə əraziyə ikinci dərəcəli çağırış elan edilib. Təxminən 10-a yaxın yanğınsöndürən maşın yanğının söndürülməsinə cəlb olunub. Görülən tədbirlər nəticəsində alovun ətrafa yayılmasının, yaxınlıqda yerləşən maye qaz yanacaqdoldurma məntəqəsinə keçməsinin qarşısı alınıb.

Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.

***

26 Aprel 2013 21:49

Gəncə. Azər Məmmədli – APA. Gəncənin yeni Gəncə qəsəbəsində yerləşən çay evi yanır. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, bu gün saat 20.57 radələrində Gəncənin tanınmış çay evində yanğın başlayıb. Məlumata görə, yanğının sahəsi genişdir və ora ikinci dərəcəli çağırış elan edilib. Hazırda yanğın baş verən ərazidə 8 yanğınsöndürən avtomobil işləyir. Yanğının baş vermə səbəbi və xəsarət alanlar barədə məlumat verilmir.

Alovun ətrafa yayılmasının qarşısını almaq üçün tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR