Bu il Azərbaycan 1,1 mlrd. dollarlıq qeyri-neft məhsulu ixracı edib

Bu il Azərbaycan 1,1 mlrd. dollarlıq qeyri-neft məhsulu ixracı edib
# 10 oktyabr 2014 09:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanın rezidentləri dünyanın 139 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 105 ölkəyə əmtəə ixrac olunub, 126 ölkədən idxal olunub.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, xarici ticarət əlaqələri iştirakçılarının 43-ü Avropa, 30-u Amerika, 42-si Asiya ölkələri və digərləridir.

Səkkiz ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 27,6 mlrd. ABŞ dolları, o cümlədən ixracın həcmi 22,0 mlrd. dollar, idxalın həcmi 5,6 mlrd. dollar təşkil edib, nəticədə 16,4 mlrd. dollarlıq müsbət saldo yaranıb.

İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmas və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatların, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.

Qeyri-neft məhsullarının ixracı 1,1 mlrd. dollar təşkil edib. Hər nəfərə düşən qeyri-neft məhsullarının ixracı 117,0 dollara bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR