Çilidə 150 minlik tələbə mitinqi iğtişaşlarla yekunlaşıb

Çilidə 150 minlik tələbə mitinqi iğtişaşlarla yekunlaşıb
# 12 aprel 2013 02:41 (UTC +04:00)

Bakı-APA. Çilinin paytaxtı Santyaqo şəhərində tələbələr və şagirdlər izdihamlı nümayiş keçirib. Mitinqdə 150 mindən çox adam iştirak edib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, etiraz aksiyasının iştirakçıları keyfiyyətli və ödənişsiz təhsil tələb ediblər. Aksiya zamanı polislə toqquşmalar baş verib, yaralıların olduğu bildirilir.

Çilidə tələbələr ölkədə keyfiyyətli və ödənişsiz təhsil sisteminin tətbiq olunmasını tələb edərək vaxtaşırı etiraz aksiyaları təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR