Tovuzda baş verən intiharla bağlı rəsmi açıqlama yayılıb

Tovuzda baş verən intiharla bağlı rəsmi açıqlama yayılıb
# 12 fevral 2013 13:24 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Baş Prokurorluq Tovuz rayonunda baş verən intiharla bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, fevralın 8-də saat 12:00 radələrində Tovuz rayonunun Qaralar kənd sakini, 1941-ci il təvəllüdlü Məmmədov Kamil Həsən oğlu yaşadığı evdə tüfəngdən atəş açaraq özünü öldürüb.

Rayon Prokurorluğu və rayon Polis Şöbəsi əməkdaşlarının iştirakı ilə hadisə yerinə və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi və kompleks məhkəmə-tibbi-bioloji, tibbi-kriminalistik və ballistik ekspertizaları təyin edilib. Hazırda iş üzrə hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR