Misirdə hava şarı qəzaya uğrayıb, 19 nəfər ölüb

Misirdə hava şarı qəzaya uğrayıb, 19 nəfər ölüb
# 26 fevral 2013 10:15 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Misirin Luksor şəhərində, Nil çayının qərb sahilində hava şarı qəzaya uğrayıb.

APA-nın BBC-yə istinadən xəbərinə görə, qəza nəticəsində ən azı 19 nəfər həlak olub.

Gəzinti xarakterli uçuşda 20 əcnəbi turist, o cümlədən fransız və britaniyalılar iştirak edib. Qahirənin 500 km-liyində yerləşən Luksor şəhərindəki məbəd üzərində gəzinti uçuşları turistlər arasında populyar sayılır. Ümumiyyətlə, Misirdə hava şarlarının qəzaya uğraması tez-tez baş verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR