İsrail jurnalistləri Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçiriblər - FOTO

İsrail jurnalistləri Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçiriblər - <span style="color: red;">FOTO
# 19 aprel 2013 09:22 (UTC +04:00)

Bakı – APA. Bir neçə gündür Azərbaycanda səfərdə olan israilli jurnalistlər qrupu Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçiriblər.

Komitədən APA-ya verilən məlumata görə, KİV nümayəndələrini komitə sədrinin birinci müavini Valeh Hacıyev qəbul edib.

Azərbaycanlı-yəhudi dostluğunun tarixi köklərindən danışan V.Hacıyev bildirib ki, hər zaman beynəlmiləl və tolerant ölkə olan Azərbaycanda digər millətlərin nümayəndələri ilə yanaşı, yəhudilərlə də daim mehriban və isti münasibətlər hökm sürüb: “Məhz belə münasibətlərin nəticəsidir ki, Azərbaycandan köçüb getmiş və hazırda müxtəlif ölkələrdə yaşayan yəhudilər azərbaycanlılar qədər Azərbaycana xidmət edir. Ölkəmizin üzləşdiyi problemlərin, Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında yəhudi diasporunun böyük xidməti var”.

Azərbaycandan İsrailə köçüb getmiş yəhudilərlə əlaqələrdən danışan V.Hacıyev bu istiqamətdə “İsrail-Azərbaycan” Beynəlxalq Cəmiyyətinin (“AZİZ”) fəaliyyətini xüsusi qeyd edib: “Bu təşkilat Azərbaycanla İsrail arasında illərlə formalaşmış dostluğu daha da möhkəmləndirir və inkişaf etdirir”.

Görüşdə iştirak edən “AZİZ” İsrail-Azərbaycan təşkilatının təmsilçisi Lev Spivak İsrail media nümayəndələrinin belə geniş tərkibdə Azərbaycanda ilk dəfə olduğunu bildirib və gələcəkdə bu cür səfərlərin mütəmadi təşkilinə ümidvar olduğunu deyib.

Görüşdə Azərbaycan diaspor təşkilatları, onların fəaliyyəti ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, İsrail jurnalistləri Azərbaycan XİN-də, Milli Məclisdə görüşlər keçirib, Quba Soyqırım Məzarlığında olub, əsasən yəhudilərin məskunlaşdığı Qırmızı Qəsəbəyə baş çəkib və Azərbaycan mədəniyyəti, tarixini əks etdirən abidələri ziyarət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR