Azərbaycan Hindistan arasında hüquqi əməkdaşlıq sahəsində 3 sənəd imzalanıb

Azərbaycan Hindistan arasında hüquqi əməkdaşlıq sahəsində 3 sənəd imzalanıb
# 05 aprel 2013 07:57 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun Hindistana səfəri zamanı ekstradisiya sahəsində qarşılıqlı hüquqi yardım, mülki və cinayət işləri üzrə əməkdaşlığa dair 3 sənəd imzalanıb. APA-nın xəbərinə görə, ekstradisiya sahəsində qarşılıqlı hüquqi yardım haqqında müqaviləyə Hindistan tərəfdən daxili işlər naziri Suşilkumar Şinde, mülki və kommersiya işləri üzrə hüquqi və məhkəmə əməkdaşlığı üzrə müqaviləyə ədliyyə naziri Aşvani Kumar, cinayət işlərinə dair qarşılıqlı hüquqi yardım haqqında müqaviləyə isə Hindistanın xarici işlər üzrə naziri E. Əhməd imza atıb. Bu razılaşmalar Azərbaycan və Hindistanın müvafiq orqanları arasında əməkdaşlığa hüquqi baza yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR