Biləsuvarda yanğın olub

Biləsuvarda yanğın olub
# 20 aprel 2013 19:14 (UTC +04:00)

Biləsuvar. Ağəddin Babayev – APA. Azərbaycanın Biləsuvar rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə aprelin 20-də saat 17.00 radələrində rayonun Xırmandalı kənd sakini, 1937-ci il təvəllüdlü Xıdır Əli oğlu Mirzəyevə məxsus fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Onların səyləri nəticəsində yanğının qonşu tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 136 kv.m. olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin 40 kv.m. ərazisi yanaraq sıradan çıxıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR