Buraxılış siniflərində təhsil alanların 98 faizi haqqında məlumatlar "Şagird-Məzun" sisteminə daxil edilib

Buraxılış siniflərində təhsil alanların 98 faizi haqqında məlumatlar "Şagird-Məzun" sisteminə daxil edilib
# 02 aprel 2013 11:37 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin həyata keçirilməsi ilə əlaqədar olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2012-2013-cü tədris ili üçün “Şagird-Məzun” sisteminin formalaşdırılması işi yekunlaşmaq üzrədir. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən xəıbərə görə, hazırda IX siniflər üzrə 120597 şagird, XI siniflər üzrə 93542 şagird (cəmi 214139 şagird) sistemə daxil edilib ki, bu da daxil edilməli olan məlumatların 98 faizini təşkil edir: “Ölkənin ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlərdən xahiş olunur ki, “Şagird-Məzun” sisteminə daxil olaraq şəxsi məlumatlarını və keçənilki qiymətlərini yoxlasınlar. Əgər hər hansı bir uyğunsuzluq aşkar edərlərsə, tədris müəssisələrinin rəhbərlərinə məlumat vermələri xahiş olunur”.

Şagirdlər sistemə iş nömrəsi, şəxsiyyət vəsiqəsinin nömrəsi və ya TİMS kodundan istifadə etməklə daxil ola bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR