Azərbaycan Fransa şirkəti ilə helikopter alışına dair danışıqlar aparır

Azərbaycan Fransa şirkəti ilə helikopter alışına dair danışıqlar aparır
# 18 aprel 2013 16:06 (UTC +04:00)

APA-nın xarici mediaya istinadən verdiyi məlumata görə, hazırda şirkət bir sıra ölkə ilə helikopterlərin alğı-satqısına dair danışıqlar aparır. Bu ölkələr «Eurocopter» üçün yeni və perspektivli coğrafiya hesab olunur.

Azərbaycan isə «Eurocopter»in əsasən müxtəlif əməliyyatlarda istifadə olunan helikopterləri və EC-145 tipli modelləri ilə yaxından maraqlanır. Hazırda bununla bağlı tərəflər arasında danışıqlar davam etdirilir.

Qeyd edək ki, «Eurocopter»in EC-145 modeli Qazaxıstanda da istehsal olunur. Şirkət rəsmilərinin sözlərinə görə, Qazaxıstanda istehsal edilən helikopterlərin MDB bazarına çıxarılması planlaşdırılır.

Məlumat üçün bildirək ki, aprelin əvvəllərində «Eurocopter» şirkətinin nümayəndələri bir qrup fransız şirkətinin təmsil olunduğu nümayəndə heyətinin tərkibində Bakıda olub.

Şirkətin məhsulları ilə bağlı Bakıda təqdimat keçirilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR