Neftçilər prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Neftçilər prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
# 20 may 2015 09:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gecə Neftçilər prospektində qismən, Xətai prospektindən Heydər Əliyev prospektinə çıxan körpüdə isə tam olaraq nəqliyyat vasitələrinin hərəkəti bir-neçə saatlıq məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, göstərilən ərazidə məhdudlaşdırma Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi səbəbindən axşam saat 22:00-dan səhər saatlarınadək tətbiq ediləcək.

Tərtib olunmuş qrafikə əsasən, Neftçilər prospektinin R. Behbudov küçəsinin kəsişməsindən R.Zorge küçəsinin kəsişməsinədək olan hissəsində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri saat 22:00-da başlanılacaq. Xətai prospektindən Heydər Əliyev prospektinə çıxan körpüdə isə anoloji işlərə gecə 00:00-da başlanılacaq.

“Azəryolservis” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və göstərilən müddət ərzində alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR