Səfir: "Azərbaycanda Fransa-Azərbaycan universiteti və fransız xəstəxanası yaradılacaq"

Səfir: "Azərbaycanda Fransa-Azərbaycan universiteti və fransız xəstəxanası yaradılacaq"
# 27 may 2015 08:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, akademik Əhliman Əmiraslanov Fransanın Azərbaycandakı səfiri Paskal Mönye ilə görüşüb.

ATU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə Ə. Əmiraslanov bildirib ki, ATU Azərbaycanda həkim və əczaçılıq sahəsində mütəxəssis hazırlayan yeganə universitetdir:

“Universitetimizə ildə təxminən 1000 tələbə qəbul edilir. Hazırda 7000-ə yaxın tələbəmiz var. Avropa universitetləri ilə müqayisədə böyük olmasaq da, Azərbaycanın aparıcı ali ocaqlarından biriyik. ATU-da 160-dan çox professor, 700-dən çox elmlər namizədi-dosent var. Universitetdə 1000 xarici vətəndaş təhsil alır. Fransanın bir neçə universiteti ilə sıx əlaqəmiz var. Bu ali təhsil ocaqları ilə əlaqələrimizi həm kəmiyyət, həm də keyfiyyət nöqteyi-nəzərindən genişləndirməkdə maraqlıyıq”.

P. Mönye isə üçüncü dəfədir Tibb Universitetində qonaq olduğunu bildirərək qeyd edib ki, Fransa ilə Azərbaycan arasında siyasi, iqtisadi, humanitar və digər sahələr üzrə yüksək əlaqələr mövcuddur: “Bizim bir layihəmiz də var. Fransa-Azərbaycan universitetinin yaradılmasını nəzərdə tutmuşuq. Bir neçə həftədən sonra Azərbaycan tərəfi pilot universitet kimi hansı ali təhsil ocağının iştirak edəcəyini müəyyənləşdirəcək. Eyni zamanda, Azərbaycanda fransız xəstəxanasını yaratmağı düşünürük”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR