"Parabank" müştərilərini daha bir yeniliklə sevindirib

"Parabank" müştərilərini daha bir yeniliklə sevindirib
# 17 iyun 2015 08:09 (UTC +04:00)

Bakı - APA-Economics. 1991-ci ildən fəaliyyət göstərən və müştəri məmnuniyyəti qazanmış "Parabank" ASC daha bir yeniliklə müştərilərini və biznes sahibkarlarını sevindirməyi bacarıb.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, “Müştərinin səsi”, “Yerli üzlər” və “Parabank-da karyera” kimi layihələrlə bu ilə aktiv başlayan və yeniliklər edən bank yay kampaniyası çərçivəsində bu günlərdə bazara yeni “Hədiyyə” adlı kredit məhsulu çıxarıb.

"Kreditini indi əldə et, ödənişləri haqqında payızadək düşünmə!" sloqanı ilə kredit bazarına yeni məhsulunu tanıdan "Parabank" ilk 2 ayın faizləri ilə birgə ödənişlərini biznes müştərilərinə hədiyyə edir.

Xidmət şəbəkəsi 24 filial və şöbədən ibarət bankın hər birində verilən bu kredit növü yaxınlarda açılması planlaşdırılan şöbələrdə də veriləcəkdir.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 139 Məlumat Mərkəzinə zəng edə və ya bankın rəsmi facebook səhifəsinə https://www.facebook.com/Parabank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR