“Aydın yol” qəzetinə yeni baş redaktor təyin olunub

“Aydın yol” qəzetinə yeni baş redaktor təyin olunub
# 05 dekabr 2014 06:58 (UTC +04:00)

Bu barədə APA-ya Y. Əliyevin özü məlumat verib. Y. Əliyev bildirib ki, baş redaktor vəzifəsinə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rəhbərliyinin qərarı ilə təsdiq olunub.

Qəzetin bugünkü sayı Y. Əliyevin rəhbərliyi ilə nəşr olunub.

Ötən həftə “Aydın yol”un baş redaktoru, yazıçı Fəxri Uğurlu tutduğu vəzifədən istefa vermişdi. Qəzetin iki əməkdaşı – redaktorlar Tahir Kazımlı və Zöhrab Əmirxanlı ilə isə müqavilənin müddəti uzadılmamışdı.

Qeyd edək ki, Y. Əliyev şair Ramiz Rövşənin qardaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR