“Barselona” 27-ci dəfə “Kral kuboku”nun qalibi olub

“Barselona” 27-ci dəfə “Kral kuboku”nun qalibi olub
# 31 may 2015 04:44 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, finalda “Atletik” (Bilbao) və “Barselona” komandaları üz-üzə gəlib.

“Nou Kamp” stadionunda baş tutan qarşılaşmada 3:1 hesablı qələbə qazanan “Barselona” tarixində 27-ci dəfə “Kral kuboku”nun qalibi olub.

Katalonlar eyni zamanda, bu mövsüm ikinci titulunu rəsmiləşdirib. İspaniya çempionluğunun ardından kuboku da qazanan Luis Enrikenin yetirmələri “qızıl dubl” edib.

İspaniya Kral Kuboku, final

“Atletik” (Bilbao) – “Barselona” – 1:3

Qollar: Villiams, 79 – Messi, 20, 74, Neymar, 36

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR