Buraxılış imtahanlarında iştirak edəcək 9-cu sinif şagirdləri ilə bağlı daha bir yenilik açıqlanıb

Buraxılış imtahanlarında iştirak edəcək 9-cu sinif şagirdləri ilə bağlı daha bir yenilik açıqlanıb
# 27 may 2015 07:52 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) buraxılış imtahanlarında iştirak edəcək 9-cu sinif şagirdlərinə müraciət edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, buraxılış imtahanlarında iştirak edəcək 9-cu sinif şagirdləri imtahana gələrkən “imtahana buraxılış vərəqəsi” və şəxsiyyəti təsdiq edən sənədin əsli ilə yanaşı təhsil aldıqları təhsil müəssisəsi tərəfindən verilən fotoşəkilli arayış da gətirməlidirlər.


Həmin arayışda göstərilən şagird şəkli təhsil müəssisəsinin rəhbəri tərəfindən mütləq möhürlə təsdiqlənməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR