Heydər Əliyev Fondu Gürcüstana iki təcili tibbi yardım maşını hədiyyə edib.
APA-nın yerli bürosunun məlumatıma görə, bir təcili tibbi yardım maşını Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonunun bələdiyyəsinə təqdim edib.
Digər maşın isə Qardabani rayonuna hədiyyə olunacaq.