Mütəmadi qayda pozuntularına görə Bakı Fond Birjası iştirakçılarından birinin lisenziyası ləğv olunub

Mütəmadi qayda pozuntularına görə Bakı Fond Birjası iştirakçılarından birinin lisenziyası ləğv olunub
# 08 iyul 2015 14:02 (UTC +04:00)

Bakı - APA-Economics. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 12 fevral 2013-cü il tarixli, 2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları”nın tələblərini mütəmadi surətdə pozduğuna görə “İnterneyşnl Tranzakşn Sistem” MMC-yə broker və diler fəaliyyəti üçün verilmiş lisenziyalar QKDK tərəfindən dayandırılıb.

Birjadan "APA-Economics"ə verilən məlumata görə, sözügedən lisenziyaların dayandırılması ilə əlaqədar "İnterneyşnl Tranzakşn Sistem" MMC-nin birja üzvlüyü Bakı Fond Birjası tərəfindən dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR