Meksikada silahlı şəxslər 14 nəfəri qətlə yetirib

Meksikada silahlı şəxslər 14 nəfəri qətlə yetirib
# 10 iyul 2016 04:28 (UTC +04:00)

Bakı-APA. Meksikanın şimal-şərqindəki Syudad-Viktoriya şəhərində silahlı şəxslər 14 nəfəri qətlə yetirib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, cinayətkarlar şəhərin mərkəzindəki evlərdən birinə soxularaq bir ailənin 11 üzvünü qətlə yetiriblər. Ölənlərdən doqquzu qadındır.

İnsidentdən 45 dəqiqə sonra silahlı şəxslər başqa bir evə hücum edərək bir kişi və iki qadını öldürüblər. Polis hesab edir ki, insident iki yerli cinayətkar qrup arasında münaqişə zəminində baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR