DMX rəisi Cenevrədə “Miqrantlar və şəhərlər” konfransında iştirak edir

DMX rəisi Cenevrədə “Miqrantlar və şəhərlər” konfransında iştirak edir
# 26 oktyabr 2015 13:48 (UTC +04:00)

Bakı – APA. Cenevrə şəhərində Beynəlxalq Miqrasiya Təşkilatının miqrasiya üzrə beynəlxalq dialoq çərçivəsində “Miqrantlar və şəhərlər” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Dövlət Miqrasiya Xidmətindən APA-ya verilən məlumata görə, iki gün davam edəcək və 50 ölkənin iştirak etdiyi konfransda ölkəmizi Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Səfər zamanı F. Nəbiyevin Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinqlə görüşü və konfransda çıxışı nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR