“Sabahın alimləri” V Respublika müsabiqəsi keçiriləcək

“Sabahın alimləri” V Respublika müsabiqəsi keçiriləcək
# 02 noyabr 2015 14:56 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Təhsil naziri Mikayıl Cabbarov “Sabahın alimləri” V Respublika müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, əmrə əsasən, 2016-cı ilin 11-13 fevral tarixlərində keçiriləcək bu müsabiqədə ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil məktəblərinin IX-XI siniflərində təhsil alan şagirdlər öz elmi layihələri ilə iştirak edə biləcəklər.

“Sabahın alimləri” Respublika müsabiqəsi hər il ABŞ-da təşkil edilən İntel İSEF–İntel Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçirilir.

Respublika müsabiqəsində ciddi elmi nəticə əldə etmiş şagirdlər Münsiflər Heyəti tərəfindən seçilərək İntel İSEF-də iştirak etmək hüququ qazanırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR