Nazirlik bir neçə şirkət və mehmanxana tipli obyektin fəaliyyəti üçün lisenziya verib

Nazirlik bir neçə şirkət və mehmanxana tipli obyektin fəaliyyəti üçün lisenziya verib
# 01 sentyabr 2015 14:37 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyi üç şirkətə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verib. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, “Butterfly travel” MMC, “Natali Travel” MMC və “Express-TTS” MMC turizm fəaliyyəti ilə məşğul ola biləcəklər.

Respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 284-ə çatıb.

Şöbədən qeyd ediblər ki, avqust ayı ərzində həmçinin beş mehmanxana və mehmanxana tipli obyektin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR