Bank Of Baku

Əlilliyi olan gənclər üçün əmək yarmarkası keçirilib

Əlilliyi olan gənclər üçün əmək yarmarkası keçirilib
# 05 may 2018 10:17 (UTC +04:00)

Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əlil Təşkilatları İttifaqı və UNEC-in birgə  təşkilatçılığı ilə əlilliyi olan gənclər üçün əmək yarmarkası keçirilib.

 

APA-nın xəbərinə görə, yarmarkada "Bank  of Baku", " ATA Holding", "Coca-Cola",  "Nobel Oil", "Azercell", "Nar", KPMG" beynəlxalq şirkəti, "Asan Kadr", Dövlət İmtahan Mərkəzi, Vergilər Nazirliyi, Mərkəzi  Bank, Kapital Bank, Turan Bank, Express  Bank, YapıKredi Bank, Veysəloğlu Şirkətlər Qrupu, Gilan Holding də daxil olmaqla 60-a yaxın şirkət iştirak edir.  Vakansiya üçün  müraciət  edəcək vətəndaşdan ali təhsilli, ən azından peşə təhsilli olması və xüsusi bacarıqlar tələb olunur.

 

Ümumilikdə  2006-cı ildən gənclər üçün məzun yarmarkarlarının təşkil edildiyini xatırladan gənclər və idman nazirinin müavini İntiqam Babayev bu tədbirlərin gənclərin məşğulluq məsələsinə kifayət qədər müsbət təsir etdiyini deyib.

İ.Babayev əlilliyi olan şəxslər üçün ilk dəfə olaraq belə bir əmək yarmarkası təşkil edildiyini qeyd edib:  "Belə qərara gəldik ki, bu dəfə sırf əlilliyi olan insanlar üçün əmək yarmarkası təşkil olunsun. Bu gün burda 47 özəl şirkət tərəfindən 160-dan artıq real vakansiya təqdim olunub. Eyni zamanda gələcəkdə  yaranacaq vakansiyalar üçün  məlumat bazası toplanılıb.

Aidiyyatı üzrə dövlət məşğulluq idarələri də müvafiq sayda vakansiyaları təklif ediblər. Düşünürəm ki,  ilk dəfə keçirilən bu yarmarka uğurlu nəticə verəcək".

 

Nazir müavini gələcəkdə  bu cür tədbirlərin daha geniş formatda həyata keçiriləcəyini vurğulayıb.

 

UNEC-in rektoru Ədalət Muradov isə çıxışında bu tədbirə dəstək göstərən Nazirliklərə təşəkkür edib və əlilliyi olan bütün gəncləri UNEC-də təhsil almağa dəvət edib.

Yarmarkanın keçirilməsində əsas məqsəd sosial müdafiəyə ehtiyacı  olan gənclərin  məşğulluğunun təmin edilməsi, sosial sahənin inkişafı ilə bağlı  siyasətin əsas istiqamətlərindən biri olan əlil gənclərin bütün sahələrdə  xidmətlərə əlçatanlığınl təmin etmək  və inklüziv mühitin yaradılmasıdır.

 

Qeyd edək ki, dövlət başçısının imzaladığı "Azərbaycan  gəncliyi 2017-2021-ci illərdə" və "2018-2014-cü illərdə Azərbaycan  Respublikasında sağlamlıq  imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə" Dövlət Proqramları sağlamlıq imkanları məhdud şəxslərin təhsil üçün maneəsiz mühit yaratmağa və onların  məşğulluq imkanlarının  genişləndirilməsinə xidmət edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR