Azərbaycanda dövlət qeydiyyatından keçməyən 100-dən çox radioelektron vasitələri aşkar olunub

Azərbaycanda dövlət qeydiyyatından keçməyən 100-dən çox radioelektron vasitələri aşkar olunub
# 01 iyul 2015 11:19 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Radioelektron vasitələrinin istismarına nəzarət şöbəsi (REVİNŞ) və Efirə radionəzarət şöbəsinin (ERNŞ) bölgələr üzrə efirə radionəzarət məntəqələrinin (ERNM) mühəndisləri tərəfindən bu ilin 6 ayı ərzində iş planına və DRİ-yə daxil olan müraciətlərə əsasən təşkilat və müəssisələrdə istismar olunan radioelektron vasitələrinə (REV) müvafiq qaydada texniki baxış keçirilərək 245 akt tərtib edilib.

Dövlət Radiotezliklər İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 108 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV-i aşkarlanıb.

Onlardan 48 ədədi möhürlənib, 35 ədədi qeydiyyata salınıb, 7 ədədi silinib, 18 ədədinin isə qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İXM-in pozulması barədə 12 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyatı rayon məhkəmələrinə müraciətlər edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR