Suriya ordusu Homsda İŞİD-in 50 silahlısını məhv edib

Suriya ordusu Homsda İŞİD-in 50 silahlısını məhv edib
# 23 sentyabr 2015 18:17 (UTC +04:00)

Bakı-APA. Suriyanın hərbi aviasiyası İŞİD terror qruplaşmasının Homs əyalətindəki mövqelərinə hava zərbələri endirib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, terrorçuların Sadad şəhəri yaxınlığındakı mövqeləri hücuma məruz qalıb.

Sadad qruplaşmanın avqustun 4-də ələ keçirdiyi Əl-Kəryateyn şəhəri yaxınlığında yerləşir. Suriya Hərbi-Hava Qüvvələri həmçinin terrorçuların Sühnə və Palmiradakı mövqelərinə də hava zərbələri endirib. Ümumilikdə hücum nəticəsində 50 terrorçunun məhv edildiyi bildirilir.

“Əl-Mayadin” telekanalının məlumatına görə, Homsdan 120 km aralıda yerləşən Əş-Şaer qaz yatağı ətrafında şiddətli döyüşlər davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR