Misir Azərbaycan vətəndaşları üçün təqaüd proqramları elan edir

Misir Azərbaycan vətəndaşları üçün təqaüd proqramları elan edir
# 14 iyun 2016 11:02 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Misir Ərəb Respublikasının Ali Təhsil Nazirliyi 2016-2017-ci il tədris ili üzrə Azərbaycan vətəndaşları üçün Misir tərəfinin hesabına dövlət universitetlərində bakalavr dərəcəsi almaq və Misir Ali Təhsil Nazirliyinin nəzdində “Qeyri-ərəblər üçün ərəb dili tədris mərkəzi”ndə ərəb dili öyrənmək üçün təqaüd proqramları elan edir.

APA-nın məlumatına görə, təqaüd proqramları Misirin dövlət universitetlərində bakalavr dərəcəsi almaq və Misir Ali Təhsil Nazirliyinin nəzdində “Qeyri ərəblər üçün ərəb dili tədris mərkəzi”ndə bir illik ərəb dili öyrənmək kateqoriyalarına bölünür.

Ali məktəblər üzrə iqtisadiyyat və siyasi elmlər, pedaqogika, turizm və otelçilik ixtisası, jurnalistika, xarici dillər, baytarlıq, tətbiqi incəsənət, incəsənət, ədəbiyyat, ticarət, kompüter mühəndisliyi, bədən tərbiyəsi, tətbiqi elmlər (kimya, fizika, riyaziyyat), arxeologiya, kənd təsərrüfatı və hüquq kimi ixtisaslar təklif olunur.

Sənədlər 30 iyun 2016-cı il tarixinədək Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinə təqdim olunmalıdır. Əlavə məlumat üçün 012 561 12 17 nömrəli telefonla əlaqə saxlamaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR