Ağcabədidə 4 yaşlı qızın əli ətçəkən maşında qalıb - YENİLƏNİB

Ağcabədidə 4 yaşlı qızın əli ətçəkən maşında qalıb - <span style="color: red;">YENİLƏNİB
# 11 aprel 2013 20:45 (UTC +04:00)

Bakı-APA. Ağcabədi rayonunda dörd yaşlı uşağın əli ətçəkən maşında qalıb. APA-nın verdiyi xəbərə görə, Laçınlı məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində 4 yaşlı Əliyeva Cəmilə Məzahir qızının əli ətçəkən maşının içərisində sıxılmış vəziyyətdə qalıb və o Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına gətirilib. FHN-nin Qarabağ Regional Mərkəzinə məlumat daxil olduqda dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə ətçəkən maşını kəsərək uşağın əlini detalın içərisindən çıxarıb. Diqqətsizlik səbəbindən baş vermiş hadisə nəticəsində uşağın 4 barmağı ciddi xəsarətlər alıb və vəziyyəti ağır olduğundan o, paytaxt xəstəxənalarından birinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR