Ölümlə nəticələnən yol qəzası törədən qadına hökm oxunub

Ölümlə nəticələnən yol qəzası törədən qadına hökm oxunub
# 19 yanvar 2016 12:44 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Samirə Yusifovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.


APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə S. Yusifova 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə nəticəsində S. Yusifovanın idarə etdiyi “Toyota” və Bakı şəhər sakini Həsənağa Məmmədovun idarə etdiyi VAZ-21011 markalı avtomobillər toqquşub. Qəzadan sonra idarəetməni itirən S. Yusifova avtomobilini yolun kənarında dayanmış İntiqam Xəlilova məxsus “Hyundai”, Kamil Məmmədova məxsus “BMW” və Göyçay rayon sakini Seymur Vəliyevə məxsus “KİA” markalı avtomobillərə çırpıb, sonra isə hadisə yerinin yaxınlığından keçən Abşeron rayon sakini Şöhrət Orucovu vurub. Xəstəxanaya yerləşdirilən Ş.Orucov orada ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR