AMEA prezidentinin İsrailə səfəri davam edir

AMEA prezidentinin İsrailə səfəri davam edir
# 27 fevral 2015 17:42 (UTC +04:00)

AMEA-dan APA-ya verilən məlumata görə, Qüds şəhərində akademik Akif Əlizadə və onu müşayiət edən AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov İsrailin Xarici İşlər Nazirliyinin (XİN) Baş katibinin müavinləri Rafael Qamzo və Zvi Rav-Ner ilə görüşüb. İsrail XİN-nin Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri Dan Stavın iştirakı ilə keçirilən görüşdə iki ölkənin alimləri arasında əməkdaşlıq, tələbə mübadiləsi və digər məsələlər müzakirə edilib.

Nümayəndə heyəti Təl-Əviv şəhərində yerləşən ölkənin ali təhsil müəssisəsi və çoxprofilli elmi-tədqiqat ocağı olan Veytsman adına İnstitutda da görüşlər keçirib. Daha sonra nümayəndə heyətinin iştirakı ilə İsrailin ən böyük ali təhsil müəssisələrindən biri sayılan Təl-Əviv Universitetində görüş keçirilib. Görüşdə İsrailin faydalı qazıntıları haqqında maraqlı mühazirə dinlənilib. Mühazirədə vurğulanıb ki, İsrail alimləri karbohidrogen axtarışı zamanı Azərbaycan alimlərinin təcrübəsindən də istifadə edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR