Bakıda binanın elektrik sayğacları yanıb

Bakıda binanın elektrik sayğacları yanıb
# 30 oktyabr 2015 19:48 (UTC +04:00)

Bakı – APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində pilləkan qəfəsində quraşdırılmış 8 ədəd elektrik sayğacı yanıb.

Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 20:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR