Azərbaycanın həyat sığortaçılarından biri kapitalını kəskin artırır

Azərbaycanın həyat sığortaçılarından biri kapitalını kəskin artırır
# 18 dekabr 2014 08:38 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Atəşgah Həyat" sığorta şirkəti nizamnamə kapitalını 62,5% - 6,5 mln. manata qədər artırır.


Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sığorta şirkətinin nizamnamə kapitalının artırılması səhmlərin nominalının konvertasiyası yolu ilə həyata keçiriləcək. Bir qiymətli kağızın nominal dəyəri 4 000 min manatdan 6 500 manata qədər artacaq.


"Atəşgah Həyat" sığorta şirkətinin nizamnamə kapitalı 1 000 ədəd səhmə bölünüb.

Hazırda şirkətin nizamnamə kapitalı 4 mln. manata bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR