Bakının Xəzər rayonunda 3 otaqlı ev yanıb

Bakının Xəzər rayonunda 3 otaqlı ev yanıb
# 20 iyul 2014 00:57 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaqlı kürsülü evdə baş verib. Nəticədə, evin tavanı 80 kv.m, mətbəxinin yanar konstruksiyaları və əşyaları 16 kv.m sahədə, 1 otağın pəncərə çərçivəsi və evə bitişik yığılmış 14 ton ot bağlamasının 3 tonu yanıb. Evin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR