Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində işsizliyin azaldılmasına həsr olunan müzakirələrdə iştirak edib - FOTO

Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində işsizliyin azaldılmasına həsr olunan müzakirələrdə iştirak edib - <span style="color: red;">FOTO
# 01 may 2015 13:11 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Cenevrədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində gənclərin əmək bazarına çıxışının dəstəklənməsi məsələlərinə həsr olunmuş regional konfransı keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrindən çoxsaylı nümayəndələrin iştirak etdiyi beynəlxalq səviyyəli tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Konfransın yüksək səviyyəli panel iclasında çıxış edən M. Kərimli hazırda qlobal məkanda xüsusi aktuallıq kəsb edən işsizlik probleminin aradan qaldırılması sahəsində Azərbaycanın uğurlu iş təcrübəsi barədə dolğun məlumat verib.

Nazir müavini Azərbaycanda son 10 ildə 1 mln. 360 min, bu ilin ilk rübündə isə 30 minədək yeni iş yerinin açılmasını vurğulayıb. M.Kərimli ötən ilin sonlarına olan məlumata görə, işsizliyin Avropa məkanında 11,5%, Avropa Birliyində 10% olduğu halda, Azərbaycanda 4,9%-ə endiyini bildirib. O həmçinin respublikada gənclər arasında işsizliyin 9,9% olmaqla, dünyanın digər ölkələrindəki müvafiq göstəricidən xeyli aşağı olduğunu qeyd edib, ölkəmizdə gənclərin məşğulluğuna dəstək məqsədilə görülən kompleks tədbirlərdən söz açıb. Daha sonra M. Kərimli BƏT-in təşkilatçılığı ilə cari ilin mart ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən aparılmış Tacikistanda gənclərin məşğulluğu sahəsinin ekspert qiymətləndirməsinin nəticələri barədə məlumat verib.

Bildirilib ki, son illərdə dünya miqyasında gənclərin məşğulluğu üzrə BMT-nin elan etdiyi on lider ölkədən biri olan Azərbaycan BƏT-in rəsmi saytında gənclərin məşğulluğu ilə bağlı uğurlu hüquqi və praktik iş təcrübəsi təqdim olunan 41 ölkə sırasındadır. Həmçinin BƏT-lə əməkdaşlıqda daha bir addım olaraq, Azərbaycan BƏT-in “MDB-də gənclərin məşğulluğu sahəsində əməkdaşlıq” adlı layihəsinə daxil edilib. İki gün davam edən Konfransda Avropa və Mərkəzi Asiyada gənclərin əmək bazarına çıxışının asanlaşdırılması, bu sahədə ölkələrdə mövcud olan prioritetlər, gənclərin məşğulluq meylləri və digər məsələlər ətrafında müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR