ABŞ Polşada ağır hərbi texnika yerləşdirəcək

ABŞ Polşada ağır hərbi texnika yerləşdirəcək
# 27 avqust 2015 15:15 (UTC +04:00)

Bakı - APA. 2016-cı ilin ortalarında Polşa ərazisində ABŞ ordusunun ağır hərbi texnikasının yerləşdiriləcəyi iki hərbi baza yaradılacaq.


APA-nın “korrespondent.net”ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin müdafiə naziri Tomaş Semonyak bildirib. “ABŞ bazaları üçün iki yeri müəyyənləşdirmişik. Onlardan biri Polşanın qərbində, ikincisi isə ölkənin şimal-şərqində olacaq”, - deyə nazir söyləyib.

T. Semonyak hərbi texnikanın təlimlərdə istifadə olunduqdan sonra bazada qalacağını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR