TQDK sədri: "Abituriyent ali məktəblərə 4 qrupdan birinə ərizə veribsə, V qrupa da sənəd vermək hüququ var"

TQDK sədri: "Abituriyent ali məktəblərə 4 qrupdan birinə ərizə veribsə, V qrupa da sənəd vermək hüququ var"
# 04 may 2015 09:52 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, orta ixtisas məktəblərinə 11 illik təhsil bazasından qəbul olmaq istəyən cari ilin məzunları imtahan vermədən, buraxılış imtahanlarının nəticələri əsasında bu müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər. M.Abbaszadə əlavə edib ki, əvvəlki ilin məzunları isə 3 fəndən- Azərbaycan dili, riyaziyyat və xarici dildən imtahan verəcəklər. Təbii ki, orta ixtisas məktəblərindən başqa, ali məktəblərin qabiliyyət tələb edən ixtisaslarını seçənlər əlavə olaraq, qabiliyyət imtahanı verəcəklər. Bu proses də mayın 5-dən 18-dək aparılacaq: “Onlar hansı qrup üzrə müsabiqədə iştirak edəcəklərinə özləri qərar verəcəklər. İxtisas seçimi vaxtı onlar elektron ərizələrində ixtisaslarını qeyd edəcəklər. Biz abituriyentlərin imkanlarını genişləndirmişik. İki qrup üzrə müsabiqədə iştirak etmək hüququ olan abituriyentlərin də elektron ərizələrində digər abituriyentlər kimi eyni sayda ixtisas adı qeyd edə biləcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR