Azərbaycan paytaxtında avtomobillə vurulan piyada ölüb

Azərbaycan paytaxtında avtomobillə vurulan piyada ölüb
# 15 sentyabr 2015 08:45 (UTC +04:00)

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 14-də saat 17.15 radələrində Biləcəri qəsəbəsi Ordubadi küçəsində Kürdəmir rayon sakini, 1970-ci il təvəllüdlü Arif Məmmədov idarə etdiyi “Kia-Sorento” markalı avtomobillə qəsəbə sakini, 1948-ci il təvəllüdlü Əbdül Quliyevi vurub. Xəstəxanaya yerləşdirilən Ə. Quliyev orada ölüb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR