Vurğun Əyyub: "Gülağa Aslanlı məhkəməyə müraciət etməlidir"

Vurğun Əyyub: "Gülağa Aslanlı məhkəməyə müraciət etməlidir"
# 04 iyun 2015 10:38 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Mühacir statusu almaq istəyənlərə partiya biletinin satılması barədə əlimdə konkret fakt yoxdur. Bir neçə ildir ki, bu barədə söz-söhbətlər eşidirəm, ancaq nə dərəcədə doğru olub-olmadığını deyə bilmərəm, çünki bu, araşdırma işidir”.

Bunu APA-ya açıqlamasında uzun illər Müsavat Partiyasının rəhbərliyində təmsil olunmuş Vurğun Əyyub deyib. O bildirib ki, Müsavat adından saxta sənədlər hazırlanması faktı ilə rastlaşıb: “Mən də saxta mühacirlik halları ilə rastlaşmışam. Təxminən 2004-cü ildə hava limanında bir nəfəri saxlamışdılar və onun üzərindən Müsavat Partiyasının bileti çıxmışdı. Həmin bileti istintaq orqanları da araşdırdılar, məlum oldu ki, bileti 8-ci km-də bir işbazdan alıblar. Möhür də, İsa Qəmbərin imzası da saxtadır”.

V. Əyyub qeyd edib ki, Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Elnur Mirzəyev adlı şəxsin ittihamları ilə bağlı məhkəməyə müraciət etməlidir: “Gülağa Aslanlı deyir ki, mənim imzamla Yasamal rayon təşkilatından belə bir sənəd verilib. Bu, mənim yadıma gəlmir və mənə də çox qəribədir ki, Yasamal rayon təşkilatının sənədində mənim imzam niyə olmalı idi? Yəni demək istəyirəm ki, belə hallar olub. İndiki məqamda isə Elnur Mirzəyev konkret ad, rəqəm səsləndirir. Əslində bu, məhkəməlik işdir. Bu baxımdan düşünürəm ki, Gülağa Aslanlı öz adını qorumaq üçün məhkəməyə müraciət etməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR